• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü

Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü
22.01.2026 18:55

Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.

Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb.

Görüşdə daha sonra Azərbaycanın Alyansın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətə çatdırılaraq, bildirilib ki, Azərbaycan hazırda NATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarük edir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Spiker həmçinin Azərbaycanın Orta Dəhlizdə mühüm tranzit rolunu vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin öz suverenliyini bərpa edərək, bölgədə yeni reallıqlar yaratdığını bildirib. Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığın irəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb.

NATO Baş katibinin müavini Radmila Şekerinska Alyansın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrinin enerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyi mühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyini vurğulayıb.

Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı təbriklərini çatdırıb.

Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasında əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol