• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib

COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib
16.11.2024 13:16
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos”) tərəfindən COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib.

Sammit COP29 tədbirinin "Elm, Texnologiya və İnnovasiya Günü”ndə "İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunub. Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişiklikliyinə necə töhfə verməsini təşviq etmək və Sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 30 ilə yaxındır ki, dövlətləri bir amal, bir məqsəd üçün - iqlim fəaliyyətini irəlilətmək, tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı təşəbbüsləri artırmaqdır. İqlim problemlərinin həllində kosmik fəaliyyətin əhəmiyyəti son illərdə COP tədbirlərinin gündəliyinə salınmışdır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi COP28-də ilk dəfə Kosmik Agentliklər Liderlərinin Sammitinə ev sahibliyi edib. Bu il "Azərkosmos”un təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov, "COP29-da Sədrliyin yüksək səviyyəli tədbirlərindən biri olan Kosmik Liderlərin Sammitində biz iqlim dəyişikliyində kosmosun qlobal ambisiyaları, fəaliyyətləri və əməkdaşlığı necə dəstəklədiyinin şahidi oluruq” deyə bildirib.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin "İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bəyanatda "Azərkosmos” 3 əsas faktorun - Kosmik agentliklər və təşkilatlar arasında birgə iqlim strategiyaları üzrə beynəlxalq tərəfdaşlığı gücləndirmək, BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "Kosmik 2030 Gündəliyi”nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək, həmçinin kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etmək vacibliyini vurğulanıb.

Həmçinin, bəyanatda "Azərkosmos” və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapıb.

Sonda Sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri "Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi”ni təsdiq etdilər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir.
Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heik xüsusi olaraq iqlim dəyişikliyində kosmosu vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş video müraciəti nümayiş olunub. Video müraciətdə astronavtlar kosmosdan baxdıqda Planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar.

Bu Sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir.

Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
Cəmiyyət 18:45
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:54
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:40
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Futbola görə metro gecə 1-dək işləyəcək
Cəmiyyət 17:35
Futbola görə metro gecə 1-dək işləyəcək
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Cəmiyyət 17:25
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib
Cəmiyyət 17:11
Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib
Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq
Cəmiyyət 16:30
Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq
Qar yağacaq, çovğun olacaq- Xəbərdarlıq
Cəmiyyət 15:28
Qar yağacaq, çovğun olacaq- Xəbərdarlıq
Yaponiya Baş naziri parlamenti buraxır, növbədənkənar seçkilər elan edilir
Cəmiyyət 15:07
Yaponiya Baş naziri parlamenti buraxır, növbədənkənar seçkilər elan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol