2024-cü il Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində 70-80 min xarici qonağın gəlməsi gözlənilir. Bunu Preizdent İlham Əliyev deyib.
"COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək", - Prezident dekabrın 15-də nazirlər üçün keçirdiyi müşavirədə bildirib.
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanda keçiriləcək.
Dekabrın 9-da Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bəyan edib ki, gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün respublikanın namizədliyi ilə bağlı "ümumi konsensus” əldə olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu.
2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.
Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
Gülnar Nazimqızı
2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.
Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !