COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.
Bu ilin 11-22 noyabr tarixlərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə innovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə oktyabrın 9-dan etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.
Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan Media Mərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.
Media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !