• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Karbon qiymət qoyma siyasətinin hazırlanması COP29 mövzusu olacaq

Karbon qiymət qoyma siyasətinin hazırlanması COP29 mövzusu olacaq
22.05.2024 16:48
COP29 çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də dünyada  uzlaşmış karbon qiymət qoyma siyasətinin hazırlanması məsələsi olacaq. Bunu  Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
 
"Dünyada  74 yurisdiksayada karbon qiymət qoyma siyasəti var.  Bizə məhsul ixrac edən ölkələrin əksəriyyətində emissiyaya görə, karbon qiymət qoyma siyasəti yürüdülür və müxtəlif ölkələrdə müxtəlif sənayelər və məhsullar üzrə tətbiq edilir.  Məsələn, Çin deyir ki, mən öz Çin cban tərtib edəcəm, Avropa İttifaqı da başqa cban tətbiq edir. Əslində COP kimi tədbirlərdə hədəf ondan ibarətdir ki, qlobal  maraqlara cavab verən uzlaşmış təkliflər üzərində işlənilsin. Azərbaycanda təşkil ediləcək sammitdə də bu əsas müzakirə mövzularından biri olacaq”,  -  Musayeva Anews.az  suallarını cavablandırarkən bildirib.
 
Onun sözlərinə görə, ümumi, uzlaşmış karbon qiymət qoyma siyasətinə nail olmaq elə də asan deyil.

Dövlət Vergi Xİdməti rəsmisi həmçinin Azərbaycanın üzərində çalışdığı dekarbonizasiya strategiyasında da bu sammit çərçivəsində qəbul edilən qərarların nəzərə alınacağını da əlavə edib.
 
Hazırda Azərbaycan ölkənin dekarbonizasiya strategiyası üzərində işləyir.  Bu strategiyada ölkənin metan emissiyasının azaldılmasından tutmuş, özəl sektorun yaşıl layihələrə təşviqi, yaşıl kreditlərin verilməsi, karbon vergisinin tətbiqinə qədər geniş spektr əhatə olunacaq.
 
Hazırda Azərbaycan 2030-cu ilə qədər metan emissiyasını 40%-ə kimi azaltmaq öhdəliyini öz üzərinə götürüb.
 
Musayeva bildirir ki, strategiya hələ hazır olmasa da yaşıl layihələr üzərində çalışan özəl sektor təşviq olunur.  

"Yaşıl layihələrin ictaçıları üçün mənffəət vergisinə 50% güzəşt nəzərdə tutulub.Tullantıların idarə olunması, alternativ enerji mənbələrindən istifadə ilə bağlı ekoloji dayanıqlılığa xidmət edən sənayelərin qurulması strateji investisiya layihələrinə daxil edilib . O siyahı prezident tərəfindən qəbul olunub. Texnologiiya parklarının rezidentlərinə vergi məcəlləsində böyük vergi güzəştləri var.  Startup-lara 3 illik vergi güzəştləri verilir. Ölkə ərazisində həm elektromobil və hibrid avtomobillərin idxalı ilə bağlı vergi güzəşti var. Elektromobillərin həm idxal,ı həm də satışı vergilərdən azad edilib”,  - Musayeva vurğlayıb.
 
Onun sözlərinə görə, neft-qaz sektoru üçün ayrıca karbon vergisi qəbul edilməsə də müəyyən ekoloji məsuliyyət yaradan vergilər tətbiq edilir.
 
"Bizdə  neft qaz məhsullarının qiymətinin üzərində ekoloji vergi adlandıra biləcəyimiz vergilər var. Mədən  və aksiz vergiləri buna misal ola bilər”,  -  Musayeva deyib.  
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol