• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verildi

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verildi
02.07.2024 17:50
Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə start verilib.

2 iyul tarixindən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilərlər.

COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər.

COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər.  Yaşıl Zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan ediləcək.

Bilavasitə UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılmaqdadır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya məyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.
Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə edilir.

Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət oluna bilər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 indiyədək keçirilən ikinci ən böyük COP tədbiri oldu  - BMT rəsmisi
COP29 12:38
COP29 indiyədək keçirilən ikinci ən böyük COP tədbiri oldu - BMT rəsmisi
Dünya liderlərinin Bakıya səfəri davam edir - Yenilənir
COP29 00:31
Dünya liderlərinin Bakıya səfəri davam edir - Yenilənir
Dövlət rəsmiləri COP29 tədbirində iştirak edirlər- FOTOLAR
COP29 14:11
Dövlət rəsmiləri COP29 tədbirində iştirak edirlər- FOTOLAR
COP29 liderləri sammitin rəsmi açılışında nə dedilər?  -   Sitatlar
COP29 15:20
COP29 liderləri sammitin rəsmi açılışında nə dedilər? - Sitatlar
COP29-un proqramı açıqlanıb
COP29 13:58
COP29-un proqramı açıqlanıb
COP29-da iştirak üçün 32 min nəfər qeydiyyatdan keçib
COP29 17:46
COP29-da iştirak üçün 32 min nəfər qeydiyyatdan keçib
İlham Əliyev Olimpiya Stadionunda olub
COP29 12:05
İlham Əliyev Olimpiya Stadionunda olub
Prezident ölkələri COP29 ətrafında səfərbər olmağa çağırıb
COP29 10:03
Prezident ölkələri COP29 ətrafında səfərbər olmağa çağırıb
COP29 konfrasında tədbirlərin təşkili bu qaydada keçiriləcək
COP29 11:13
COP29 konfrasında tədbirlərin təşkili bu qaydada keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol