• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29 beynəlxalq sənədli film müsabiqəsi elan edir

COP29 beynəlxalq sənədli film müsabiqəsi elan edir
09.08.2024 20:01
COP29 Azərbaycan Əməliyyat Şirkəti qlobal iqlim problemləri və onların həll yollarına geniş ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönəlik fəaliyyətin davamı olaraq beynəlxalq sənədli film müsabiqəsi layhəsini təqdim edir.
 
"Dəyişikliyin sədaları:Qlobal iqlim fəaliyyətinə baxış” adlı müsabiqədə iştirak üçün dünyanın istənilən ölkəsindən sənədli film çəkilişləri sahəsində təcrübəsi olan şəxs və şirkətlər dəvət olunurlar.
Təşəbbüsün əsas məqsədi qlobal iqlim fəaliyyətinin gündəmdə saxlanılması, ətraf mühit problemlərinin həllinə yönələn kollektiv səylərin səsinə səs verməkdir.

Belə ki, layihə sənədli film  müəlliflərinin yaradıcı potensialını aktual iqlim mövzularına yönəldərək, bu sahədə fəaliyyət göstərən şirkət və şəxslər üçün iqlim problemlərinin həllində öz kreativ yanaşmalarının tətbiqi üzrə təşviqat platforması olacaq. Müsabiqə dayanıqlı iqlim gələcəyinə doğru atılan addımlarda praktiki fəaliyyətin yaradıcı ideya və yanaşmalarla dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.  

Müsabiqənin əsas mövzuları biomüxtəliflik və ekosistemlərin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, gender və ətraf mühit məsələlərinin təsirləri, yerli bilik və tərcübələr, bərpa olunan enerji həlləri kimi müxtəlif istiqamətləri əhatə edir. Videomateriallar ümumilikdə 5 fərqli nominasiya üzrə müxtəlif əhatəli meyarlar üzrə ixtisaslaşmış ekspert komissiyası tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin şərt və tələbləri barədə ətraflı məlumat COP29 rəsmi veb-səhifəsindən əldə edilə bilər. Qeyd olunmuş tələblərə cavab verən videoməhsullar 15 sentyabr 2024-cü il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Layihənin yekununda tam və qısametrajlı kateqoriyalarda qalib olan filmlər noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında, eyni zamanda COP29-un rəsmi veb-saytında və sosial media hesablarında nümayiş etdiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol