• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29-da Mərkəzi Asiya ölkələri öz milli iqlim planlarını təqdim edəcək

COP29-da Mərkəzi Asiya ölkələri öz milli iqlim planlarını təqdim edəcək
03.09.2024 10:49
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Mərkəzi Asiya ölkələri öz Milli İqlim Planlarını (NDP) təqdim etməyi və qlobal iqlim dəyişikliyi ilə mübarizədə öz təşəbbüsləri barədə danışmağı planlaşdırır. Bunu sentyabrın 3-də Bakıda keçirilən Yüksək Səviyyəli Dialoq zamanı Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov deyib.

Onun sözlərinə görə, COP29-un noyabrda Bakıda keçirilməsi Mərkəzi Asiya üçün vacibdir.

"Özbəkistan qarşıdan gələn COP29 qlobal iqlim konfransına hazırlıqla bağlı Azərbaycanın səylərini alqışlayır”,  - o vurğulayıb.

Özbəkistanlı nazir qeyd edib ki, COP29 kimi mühüm qlobal tədbirin Bakıda keçirilməsi qlobal əhəmiyyət kəsb edəcək.

"İqlim dəyişikliyinə qarşı tədbirlərlə bağlı bir sıra mühüm sənədlərin qəbulu planlaşdırılır və Özbəkistan bütün səyləri dəstəkləyəcək", - Abduhakimov bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
 
İki həftə ərzində dünyanın mərkəzinə çevriləcək Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanan sazişdir.
 
COP (Tərəflərin Konfransı) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan Tərəflərin Konfransı mənasını verir.

198 ölkə konvensiyanın üzvüdür.  İlk COP tədbiri  1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol