• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP 29-da təhlükəsizliyə BMT nəzarət edəcək

COP 29-da təhlükəsizliyə BMT nəzarət edəcək
11.09.2024 16:49
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) zamanı təhlükəsizliyi təmin etmək üçün  BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından olan 100 nəfər təhlükəsizlik xidməti əməkdaşı  Bakıya gələcək. Bu barədə  "Report"a müsahibəsində BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O’Hanlon deyib.

O bildirib ki, konfrans zamanı iş iki zonada "mavi" və "yaşıl" zonada aparılacaq. 
 
"BMT-nin zonası mavi zona olacaq, bu zonada təhlükəsizliyə BMT məsuliyyət daşıyacaq və mən həmin zonada xidmət göstərəcəm. Buraya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək və biz mavi zonada təhlükəsizliyi təmin edəcəyik", - O`Hanlon bildirib. 

Onun sözlərinə görə, bu işdə BMT-ə Azərbaycan hökumətinin təhlükəsizlik xidməti əməkdaşları, eləcə də özəl təhlükəsizlik qurumlarının işçiləri  kömək edəcək. 

"Bu komandada minə yaxın insan olacaq. Bundan başqa, yaşıl zona mövcud olacaq. Azərbaycan hökumətinin təhlükəsizlik xidmətləri həmin zonadan məsul olacaqlar, onlar həm də hava limanında, hotellərdə təhlükəsizlik təminatına cavabdeh olacaqlar. Yəni təhlükəsizlik hərtərəfli bir plandır və müşahidələrimə əsasən, bu plan çox irəliləmiş vəziyyətdədir. Mən isə onun kiçik bir hissəsi olan mavi zonaya cavabdehəm",  - BMT rəsmisi bildirib. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol