• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Yaşıl istiqrazlar layihəsi hökumətə təqdim edilib

Yaşıl istiqrazlar layihəsi hökumətə təqdim edilib
18.10.2024 15:40

Bakıda "Yaşıl" maliyyə və dayanıqlı inkişaf mövzusunda forum keçirilir. Foruma Mərkəzi Bankın, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən COP 29-un prezidenti təyin edilmiş nazir Muxtar Babayevin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin, Banklar Assosiasiyasının, Mikromaliyyə Assosiasiyasının, Fond Bazarı İştirakçıları Assosiasiyasının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərlərinin nümayəndələri qatılıb.


Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edib ki, "yaşıl" istiqrazlar sahəsində beynəlxalq təcrübə öyrənildikdən sonra Azərbaycanda bu "yaşıl" maliyyə alətləri üçün hüquqi baza hazırlanıb.


"Bu yaşıl istiqrazlar layihəsi artıq hökumətə təqdim edilib", -  o bildirib.


Bundan əlavə, yaxın vaxtlarda Mərkəzi Bank "yaşıl" maliyyələşdirmənin taksonomiyası layihəsini təsdiq üçün hökumətə təqdim edəcək.


Ümumilikdə, Azərbaycan Mərkəzi Bankının dayanıqlı maliyyələşmənin inkişafı üzrə artıq bir yol xəritəsi mövcuddur.


Kazımovun sözlərinə görə, qlobal iqlim riskləri "yaşıl" investisiyalara keçidi tələb edir və iqlim dəyişikliyinin iqtisadi inkişafdakı təsirini görməməzlikdən gəlmək olmaz.


"Yaşıl maliyyə təkcə ekoloji faydaların təmin edilməsi baxımından deyil, həm də davamlı iqtisadiyyatın qurulması üçün vacibdir. Biz cəmiyyətin "yaşıl" maliyyənin əhəmiyyəti barədə maarifləndirilməsi, maraqlı tərəflər arasında dialoqun qurulması və innovativ həllərin tapılması kimi prioritetlərə daim diqqət yetirməliyik. Mərkəzi Bank olaraq bu mühüm çağırış qarşısında qarşımızda duran prioritetləri anlayırıq və orta müddətli dövr üçün strateji gündəmimiz mövcuddur. Bu gündəmə hüquqi bazanın təkmilləşdirilməsi və "yaşıl" investisiyaların stimullaşdırılması kimi vacib məsələlər daxildir. Əsas məqsədimiz maliyyə institutlarının portfellərini dayanıqlıq məqsədlərinə uyğunlaşdırmalarını təmin etmək və bu sahədə işləmələri üçün zəruri alətlər və rəhbər sənədlərə malik olmalarını təmin etməkdir", -  Mərkəzi Bankın sədri vurğulayıb.


Lada Yevqraşina



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol