• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı müəyyən edilib

COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı müəyyən edilib
26.10.2024 14:54

COP29 iştirakçıları üçün avtomobillərin icarəsi xidmətini təmin etmək məqsədilə "Rent a Car Baku” şirkəti COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat vasitələrinin icarəsi üzrə tərəfdaşı seçilib.Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bu il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransında iştirak etmək məqsədilə Azərbaycana gələcək çoxsaylı qonaqların nəqliyyat seçimi ilə bağlı rahatlığını təmin etmək məqsədilə avtomobillərin icarəsi xidməti də təqdim olunur. Belə ki, COP29 müddətində qonaqların nəqliyyat vasitələri ilə təmin edilməsi və bu istiqamətdə daxil olan sorğuların operativ idarə olunması üçün rəsmi tərəfdaş seçilmiş "Rent a Car Baku” şirkəti qonaqlar üçün sedan, hetçbek, biznes klas avtomobillər, mikroavtobus, avtobus və yolsuzluq siniflərindən olan avtomobillər də daxil olmaqla hər büdcəyə uyğun geniş nəqliyyat vasitələri seçimi təklif edir. Bundan əlavə, təkliflər çərçivəsində sürücü xidməti də əlavə seçim kimi təqdim olunur.

Böyük ziyarətçi axının gözlənildiyi tədbir müddətində seçim məhdudiyyətləri ilə üzləşməmək üçün http://www.rentacarbaku.az portalı üzərindən rezervasiyaların əvvəlcədən tamamlanması tövsiyə edilir. Daha geniş heyətlə təmsil olunan nümayəndələr uyğun nəqliyyat vasitələri üzrə qrup rezervasiya sifarişləri üçün həmçinin şirkətlə birbaşa əlaqə saxlaya bilərlər.COP29 iştirakçıları "Rent a Car Baku” rəsmi tərəfdaşla yanaşı alternativ şirkətlərin xidmətlərini də seçməkdə sərbəstdirlər.

Rezervasiya prosesi ilə bağlı əlavə suallar [email protected] ünvanına yönləndirilə bilər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol