• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

FHN COP29-la bağlı monitorinqlər həyata keçirir

FHN COP29-la bağlı monitorinqlər həyata keçirir
28.10.2024 18:04
Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrasını davam etdirir.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bu məqsədlə cari ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb,"tədbirlər plan"ı hazırlanaraq təsdiq edilib.

Tədbirlər planı üzrə tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilir, maarifləndirmə, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi, habelə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri tədbirlər görülür.

COP29-a hazırlıqla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilir, görülmüş işlərə dair Qərargah üzvlərinin hesabatları təqdim olunaraq geniş müzakirə aparılır, aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair zəruri tapşırıqlar verilir, icrası nəzarətə götürülür.
 
COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən işlərin böyük hissəsi yerinə yetirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol