• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb

COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb
01.11.2024 20:51
COP29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.

O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və "Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə "Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.

"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - Piriyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib:
"Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər "Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".
N. Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin "Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər:
"Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol