"COVID-19-un insan bədənində neçə gün yaşadığına dair dəqiq məlumat vermək çətindir”.
O bildirib ki, birmənalı şəkildə deyə bilmərik ki, bu virus insan bədənində 10-15 gün yaşayıb məhv olur:
"Virus insan bədəninə düşdüyü və yoluxdurduğu gündən, orqanizm buna qarşı mübarizə aparır. Bu mübarizədə əsas şərt immun sistemidir. İmmun sistemində alfa, beta, qamma immunoqlobulinlər sintez olunur. Virusla əsas mübarizə funksiyası isə qamma immunoqlobulinlərin üzərinə düşür.
Orqanizmdə ilk olaraq COVID-19 infeksiyası ilə mübarizədə qamma immunoqlobulin sintez olunur. Bu immunoqlobulin virusun yox olmasını sürətləndirir. Digər tərəfdən, orqanizmdə zülallar virusun genomunu parçalayır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !