“Crocus City Hall”dakı terrora görə daha 3 nəfər saxlanılıb

18:03 | 04.04.2024
“Crocus City Hall”dakı terrora görə daha 3 nəfər saxlanılıb

“Crocus City Hall”dakı terrora görə daha 3 nəfər saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti "Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha 3 nəfəri saxlayıb.Bu barədə Rusiya mediası xəbər verir.
 
Sözügedən şəxslər Moskva, Yekaterinburq və Omsk şəhərlərində saxlanılıb. 
Onlardan biri Rusiya vətəndaşı olsa da, hər üçü Mərkəzi Asiya regionundandır. 

Saxlanılan şəxslərdən ikisi terror aktı zamanı istifadə olunan nəqliyyat vasitəsi və odlu silahın əldə edilməsi üçün pul köçürüb. Üçüncü şəxs isə terrorda iştirak edənlərin hücuma cəlb olunması və onu icra edənlərin maliyyələşdirilməsi ilə məşğul olub. 

Moskvada "Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM