Cross Caspian Oil & Gas Logistics LLC 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-in qızıl sponsoru oldu

12:15 | 07.07.2015
Cross Caspian Oil & Gas Logistics LLC 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-in qızıl sponsoru oldu

Cross Caspian Oil & Gas Logistics LLC 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-in qızıl sponsoru oldu

Cross Caspian Oil & Gas Logistics LLC 2015-ci il noyabrın 4-də Astanada keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-in (www.caspianenergyforum.com) qızıl sponsoru qismində çıxış edib.

Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, axşam rəsmi qala-qəbul təşkil olunacaq. Qala-qəbul çərçivəsində "Caspian Energy Award Astana – 2015” mükafatının Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə təqdimetmə mərasimi baş tutacaq.

4-cü Beynəlxalq "Caspian Energy Forum Astana – 2015”in açılış mərasimində Qazaxıstan Respublikasının Baş naziri cənab Kərim Məsimov iştirak edəcək.

T. Əliyevin sözlərinə görə, tədbirdə dünyanın 18 ölkəsindən olan 300-dən artıq nümayəndənin iştirakı 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-in yüksək statusunu və aktuallığını bir daha təsdiq edir.

Forumun təşkilatçısı Caspian Energy İnternational Media Group-dur.

"Biz 2014-cü il noyabrın 14-də Tbilisidə keçirilmiş 2-ci Beynəlxalq Caspian Energy Forum – 2014-ün və 2015-ci il martın 11-də Bakıda keçirilmiş 3-cü Beynəlxalq Caspian Energy Forum – 2015-in qızıl sponsoru olmuşuq. Hər iki forum yüksək səviyyədə keçmişdir. Tbilisi və Bakıda təşkil olunmuş forumlarda iştirak etmək bizim üçün olduqca maraqlı idi. 4-cü Beynəlxalq Caspian Energy Forum Astana – 2015-dən də oxşar gözləntilərimiz var. Biz Xəzər-Qara dəniz regionu üçün mühüm olan tədbirin qızıl sponsoru qismində çıxış etməkdən məmnunluq duyuruq”, - deyə Cross Caspian Oil and Gas Logistics LLC-nin baş direktoru Dmitri Solovyev qeyd edib.

Sözügedən tədbirdə nazirlər, enerji və iqtisadi bloku təmsil edən dövlət komitə və agentliklərinin rəhbərləri, Qazaxıstan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektlərinin müzakirə edilməsi planlaşdırılır. Qazaxıstanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Caspian Energy Forum Astana – 2015-in ikinci hissəsi qeyri-neft sektorunun inkişafına həsr olunacaq. Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, sənaye, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların gətirilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işləməsi və ünsiyyət qurması üçün kofe-breyklərin və işgüzar naharın təşkil olunması nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM