Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı

09:12 | 24.04.2022
Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı

Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı

Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar. Həlledici mərhələdə İ. İbrahimov (66 kq) italiyalı rəqibi Leanardo Valeriyanini, Nəriman Mirzəyev (73 kq) İtaliyanın digər idmançısı Qabriyele Sullini məğlub ediblər.

Komandamızın digər üzvü Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda mübarizədə niderlandlı Bart Velinqə qalib gəlib.

Azərbaycan iki gün davam edəcək bu turnirə 10 cüdoçu ilə qatılıb. Avropa kuboku yarışında 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti