Bakıda Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda baş verən yanğından sonra binaların fasadlarına vurulan penoplast üzlüklərin söküntüsünə başlanılıb.
ANN.Az redaksiyasına daxil olan məlumata görə, son günlər baş verən hadisələrə rəğmən Nəsimi rayonu Alı Mustafayev 23 ünvanında yerləşən binanın üz örtüyünün təmirinə start verilib. Amma bu təmirlə bağlı bina sakinləri məlumatlandırılmayıblar. Redaksiyaya müraciət edən sakinlər binalarının hansı materiallarla təmir olunacağından çox narahatdırlar.
ANN.Az saytı bu məsələyə aydınlıq gətirmək üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətinin mətbuat xidməti həqiqətən də sözügedən ünvanda təmir işlərinin aparıldığını təsdiq edib: "Həmin binada rəngləmə işləri aparılacaq, suvaq işləri bitdikdən sonra binanın fəsadı boyalanacaq, qətiyyən hansısa materialdan üzlük vurulmayacaq”.
İcra hakimiyyətinin rəsmisi əlavə edib ki, bina Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən təmir edilir: "Sakinlərin narahat olmasına heç bir əsas yoxdur”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !