Daha bir istirahət mərkəzində faciə

11:41 | 30.06.2014
Daha bir istirahət mərkəzində faciə

Daha bir istirahət mərkəzində faciə

Türkiyədəki otellərdən birində istirahət edən ailənin 3 yaşlı körpəsinin ağır xəsarət alması ilə nəticələnən faciə baş verib. ANS PRESS-in xəbərinə görə, hadisə Muğla vilayəti Bodrum rayonundakı 5 ulduzlu otellərdən birində baş verib. Məlumata görə, Rozi Mitçelle Berç cütlüyü uşaqları ilə birlikdə otelin həyətində uzanıb dincəldiyi zaman onların 3 yaşlı oğlu Stenli Berçin başına 8 mətr hündürlükdən səsgücləndirici düşüb. Təcili olaraq özəl xəstyəxanalardan birinə çatdırılan Stenlinin başında çatlaq olduğu və beyin qanaması keçirdiyi aşkarlanıb. 10 gün xəstəxananın reanimasiya şöbəsində yatan Stenlinin vəziyyətinin bir yüngülləşməsi ilə yaralı körpə ambulans təyyarə ilə İngiltərəyə aparılıb. Yerli mətbuata müsahibə verən ata Mitçel Berç körpənin vəziyyətinin düzəlməsindən sonra məhkəməyə müraciət edəcəyini və hadisədə səhlənkarlığa olanlar barəsində lazımi hüquqi addımların atılacağını deyib. Xatırladaq ki, ötən il Azərbaycan Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisindəki istirahət mərkəzlərindən birində Bakı şəhər sakini, azyaşlı İmran Cəfərzadə hovuzda çimərkən su çəkən borunun pərləri arasına düşmüş və onun bir ayağı amputasiya olunmuşdu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM