Janna Friskenin müalicə almaq üçün Almaniyaya yollandığı barədə xəbərlər yayılıb
Rusiyalı pop-ifaçı Janna Friske xərçəng xəstəliyinə tutulub. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün sənətçinin şəxsi saytında xəbər dərc olunub. Ötən həftə bir neçə saytlarda 39 yaşlı ulduzun ağır xəstə olduğu və müalicə almaq üçün Almaniyaya yollandığı barədə xəbərlər yayılmışdı. O zaman Jannanın mətbuat katibi Anisa Aşiku bu məlumatın yalan olduğunu və ifaçının Mayamidə istirahət etdiyini bildirmişdi.
Bu gün səhər saatlarında isə Aşiku hal-hazırda müğənninin yanında olan yoldaşının rəsmi açıqlamasını dərc edib və hər kiəsin xoşagəlməz hadisəni sakitcə qəbul etməyini xahiş edib.
Ulduzun həyat yoldaşı Dmitriy Şepelov ailələrinin probleminin bir neçə gün öncə ümumi problemə çevrildiyini deyib. "Bununla biz bütün söz-söhbətə son qoymaq fikrinə düşdük, Jannanın pərəstişkarlarının doğrunu bilmək haqları var. Ailəmizdə çətin anlar yaşanın. Həyat yoldaşım xərçəng xəstəliyinə tutulub. Biz onun sağlamlığını qaytarmaq üçün əlimizdən gələnləri edirik, bir dəqiqədə olsa inanımızı itirmirik”.
O, hər kəsə müraciət edərək xoş sözlərini və dualarını əsirgəməməyi xahiş edib.
Qeyd edək ki, Janna Friske 1996-cı ildən etibarən “Blestaşie” adlı qızlardan ibarət olan qrupda çıxış etdikdən sonra məşhurlaşmağa başlayıb. 2003-cü ildə isə solo karyera başlayıb, bundan əlavə olaraq bir neçə kinoda çəkilib. Ötən ilin aprel ayında isə Mayamidə oğlan övladı dünyaya gətirib.
ANS PRESS