Daha bir türkiyəli iş adamı beynəlxalq axtarışa verildi

17:02 | 03.12.2013
Daha bir türkiyəli iş adamı beynəlxalq axtarışa verildi

Daha bir türkiyəli iş adamı beynəlxalq axtarışa verildi

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 60 yaşlı Mete Yüce vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Mete Yüce Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.  Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM