Dahi Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi

09:32 | 29.01.2014
Dahi Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi

Dahi Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi

Görkəmli azərbaycanlı şair Məhəmməd Füzulinin 500 illik vəsiyyəti yerinə yetirilib. Şairin qəbrindən götürülən torpaqla hazırlanan səhənglə Məscidi Nəbəvidə İslam peyğəmbərinin qəbrinin olduğu yerin qapısına su tökülüb. Beləcə şairin peyğəmbərə həsr etdiyi “Su” qəsidəsində dediyi, “Dəstbusi arizusundan ölərsəm, dustlər, Kuzə eylin torpağım, sunun onunla yarə su”. (Dostlar, əgər onun əlini öpmək arzusuyla ölsəm, Torpağımdan hazırlayacağınız səhənglə ona su verin) təmənnası yerinə yetirilib. ANS PRESS-in məlumatına görə, Füzulinin arzusunu Türkiyə Trabzon vilayətindəki “Cümhuriyyət Anadolu” litseyinin ədəbiyyat müəllimi Turqut Okutur və şagirdləri həyata keçiriblər. Məlumata görə, Türkiyənin Bağdad səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşı olan Fatih Tamer Füzulinin qəbrindən götürdüyü torpağı ölkəsinə gətirib. Kütahya şəhərindəki dulusçu ustalar həmin torpaqla 2 səhəng hazırlayıblar.Litseyin direktoru Həsən Suiçməz bu səhəngləri peyğəmbər qəbrinin olduğu Məscidi Nəbəviyə aparıb. Burda məscidin rəsmi şəxslərindən olan Seyyid Faris Əbu Mənsurun köməkliyi ilə Füzulinin ölüm ildönümü olan 11 yanvarda qəbrin olduğu məkanın qapısına su töküblər.Müəllim və şagirdlərlə son əsrin ən maraqlı ədəbiyyat layihələrindən birini həyata keçirdiklərini deyən Suiçməz bunu özləri üçün şərəf qəbul etdiklərini deyib. “Türk-İslam dünyasının ən böyük şairinin təxminən 500 il əvvəlki vəsiyyətini yerinə yetirmə layihəsini həyata keçirmənin xöşbəxtliyini hiss edirik. Füzulinin vəsiyyətini yerinə yetirdik. Ümidvaram ki, onun ruhu rahatlığa qovuşub”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM