Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq

15:44 | 09.12.2013
Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq

Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana ediləcək səfəri zamanı müzakirə ediləcək mövzülar müəyyən edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olacaq Əhməd Davudoğlu, həmkarı Edvard Nalbadyanla birlikdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.Verilən məlumata görə hər iki ölkə xarici işlər nazirləri, münaqişənin həll edilməsi münasibəti ilə 2009-cü ilin oktyabrında imzalanan və sonradan dondurulan Sürih Protokolunun yenidən canlandırılması məsələsi ətrafında müzakirələr aparacaqlar. Türkiyə mətbuatının yazdığına görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmaması nəticəsində hər iki ölkə arasında diplomatik münasibətlər qurulmayıb və Dağlıq Qarabağda erməni işğalına son qoyulmadığı üçün Sürix Protokolunun ölkə parlamentlərində səs verməyə çıxarılması prossesi ləngiyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti