Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun Vanda olduğu lift yerə çırpılıb.
Lift hərəkət etdikdən sonra 1 mərtəbə hündürlükdən şaxtaya çırpılıb. Davudoğlunun vəziyyəti yaxşı olsa da, həkimlərin məsləhəti ilə bir müddət istirahət etməlidir.
Siyasətçinin Vanda yerli qəzetlərin birinə verdiyi açıqlamasına görə, bəzi iynələr vurulduqdan sonra həkimlər onun 1 həftə ərzində sağlamlığına qovuşacağını bildiriblər. Bu səbəbdən Davudoğlunun Mersin və Amasya səfərləri təxirə salınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !