“Dədə Qorqud”un rejissoru kim olacaq?

12:03 | 08.01.2014
“Dədə Qorqud”un rejissoru kim olacaq?

“Dədə Qorqud”un rejissoru kim olacaq?

“Mədəniyyət və Turizm Nazirliyindən “Dədə Qorqud” bədii serialı ilə bağlı əmr gəlməlidir. Yalnız bundan sonra artıq filmin rejissorunun kim olacağına qərar verə bilərik. Hələ ki sözügedən serialın 2014-cü ilin çəkiliş planına salınıb-salınmayacağı haqda məlumatımız yoxdur”. Bunu Modern.az-a C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərinin müavini Azər Quliyev deyib.Qeyd edək ki, ötən ilin sonunda prezident İlham Əliyev “Dədə Qorqud” bədii serialının çəkilməsi haqqında sərəncam imzalayıb. Filmin ssenari müəllifinin Anar olacağı təsdiqlənib. Eyni zamanda Yazıçılar Birliyinin sədri filmin rejissoru kimi Ramiz Həsənoğlunun olmasını təklif edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti