Məlumata görə, Zəkəriyə Bayındırın (59) idarəetməsindəki 32 EH 729 dövlət qeydiyyat nişanlı "Tofaş” markalı maşın Berat Ç.-nin idarə etdiyi 32 AAR 854 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobillə yolun yağışlı və sürüşkən olması səbəbindən toqquşub.
Qəza nəticəsində "Tofaş”ın sürücüsü, həyat yoldaşı və 6 aylıq hamilə gəlinin hadisə yerində həyatlarını itirib. "Range Rover”in sürücüsü isə yaralanıb.
Digər sürücülərin xəbər verməsi ilə insident yerinə səhiyyə, polis və xilasetmə qüvvələri gəlib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nəqliyyat vasitəsində sıxışan 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis araşdırmalara başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !