Hindistan hakimiyyəti delfinlərə "insan nəslinə aid olmayan şəxsiyyət" statusu verib.
ANN.Az xəbər verir ki, bu barədə Trend "thePo.st" saytına istinadən məlumat yayıb. Məlumata görə, Hindistan delfinlərin unikal intellekti və dərrakəsini tanıyan ilk ölkə olub. Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin qərarına görə, delfinlərin delfinariya, akvarium və okeanariumlarda məcburi şəkildə istifadəsi qadağandır.
Qərarda qeyd olunur ki, delfinlərin "öz xüsusi hüquqları olmalıdır".
Daha öncə alimlər delfinlərin bir-birilərini öz "adları" ilə çağırdığını sübut edən faktlar aşkar ediblər. Araşdırmalar üzə çıxarıb ki, dəniz məməliləri bir-birilərini xüsusi fitlə çağırırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !