Bu tarixlə əlaqədar 130 ədəd AVİATOR saatı istehsal edilib.
"VMF Natural Frequencies" Saat Fabrikinin daxil olduğu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanın əfsanəvi və şəhid pilotların ailələrinə dərin təşəkkürünü bildirib.
"VMF NF" Saat Fabrikinin direktoru Orxan Məmmədovun sözlərinə görə, saatın siferblatı İlya Muromets təyyarəsinin bortundakı indikator formasında dizayn edilib. Kəməri ilməli vintaj dəridən biçilib, arxa qapağında Fərrux ağa Qayıbovun emblemi fiber optik texnologiya ilə həkk olunub.
Daha sonra tədbirdə Vahid Mustafayevin Qarabağ müharibəsi dövründə videolentə aldığı - pilotların şücaəti, helikopter qəzaları barədə eksklüziv kadrları və pilotlar barədə videoçarxlar nümayiş etdirilib.
Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinin qorunması və azad edilməsi uğrunda mərdlik göstərən pilotlar, o cümlədən Fərrux ağa Qayıbovun ailə üzvü olmaqla, şəhid pilotların ailələri də bu saatlarla təltif edilib.
Təltif olunanlar sırasında Azərbaycanın ilk təyyarəçı qadın pilotu Leyla Məmmədbəyova və ilk hərbi qadın pilotu Züleyxa Seyidməmmədova, Qarabağ müharibəsində səmada şücaət göstərən Milli qəhrəmanlar Ərəstun Mahmudov, Səfa Axundov və Viktor Seryogin, Yavər Əliyev, adı ilk hərbi pilotlarımızın sırasında çəkilən Vaqif Qurbanov, Urfan Vəlizadə, Təbriz Musayev, Əbu Bəkir İsmayılov, Zaur Nudirəliyev, Ramiz Qasımovun ailə üzvlərinə, Azərbaycan səmasının əfsanə adlarından sayılan Bayram Muxtarov, Kazım Abbasov, Xanlar Səttarov və Rafiq Səlimov və digərləri olub.
Fehruz Rza
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !