Demokratiyanın və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi növbəti təlimini keçirdi - FOTOLAR

17:14 | 25.04.2014
Demokratiyanın və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi növbəti təlimini keçirdi - FOTOLAR

Demokratiyanın və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi növbəti təlimini keçirdi - FOTOLAR

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği -  İctimai Birliyi  Z . Məmmədov adına 171 saylı tam orta məktəbdə “İnteraktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda 1-ci qrup üzrə 2-ci təlimini keçirdi.

Təlimdə şagirdlərlə yanaşı onların valideynləri,  DMDT-İB İdarə heyyətinin üzvü Cavid Əli oğlu və Məktəbin direktor müavini  Abdurahmanova  Sevil  iştirak edirdi.

Himnimizin səslənməsi ilə təlimə başlayan təlimçi Məhəbbət xanim iştirakçıları və valideynləri salamlayaraq təlimin əsas məqsədi barədə qısa və əhatəli məlumat verdi. 

Sonra  təlimçi Xudiyeva Məhəbbət müəllimə təlimçiləri 4 qrupa böldü. 5 nəfərdən ibarət olan qrup üzvləri özlərinə lider seçdilər.Təlimçi  B.Vahabzadənin “Şəhidlər” Şerini –İKT( İnformasiya  komnukasiya texnologiyası) üsulu ilə tədrisinə başladı. Təlim zamanı inteqrativlik prinspindən istifadə edilərək fənn daxili və fənnlər arası inteqrasiyadan istifadə olundurdu (Musiqi,Təsviri İncəsənət). Hər bir qrupa ayrıca suallar verildi. Müəllimə bildirdiki,10 dəqiqə sizə vaxt verirəm. bu müddətə qrup üzvləri birgə isləməlidir və sonda qrup liderləri verilən sualları cavablandıracaqlar.Bu müddətdə zalda həzin müsiqi səsləndirildi. Vaxt tamam olandan sonra hər bir qrup rəhbəri (Fidan,Bəbir,Aysel,Aylin) lövhəyə çixib qrup adından sualları cavablandırdı. Sonra şagirdlərdən Lalə, Ceyhun, Elman, Cavid, Fəqan, Arif, Elnur və.s qrup rəhbərlərinə suallar verdilər. İnfarmasiya mübadiləsindən sonra informasıyanın müzakirəsi oldu. Sonda təlimçi bildirdi ki, növbəti təlim şəhidlər xiyabanında olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti