Sülh küçəsinin girişi "Sumqayıt" lövhəsi ilə başlayır, bu gənclər şəhərinin simvolu olan "Göyərçin" abidəsi ilə bitir. Abidənin arxa fonunda mas-mavi dəniz dayanır, sevddiyimiz, əzizlədiyimiz, qürur duyduğumuz, sərvəti ilə dünya qarşısıda lövğalandığımız Xəzər...
Xəzər sahilində bir çox şəhərlər yerləşir və Sumqayıt da onlardan biridir. Şəhərin şərq sərhədi su əhatələnib. Buranın özəlliyi isə ondan ibarətdir ki, hım çimərlik, həm də dənizkənarı bulvar bitişik, iç-içədir. Kim istəsə, yay aylarında çimərliyə gedib dənizə girə bilər, kim də istəsə dənizdən 100-15- metr aralı hündür ağacları, yaşıllığı olan parkda istirahətini davam etdirə bilər.
Amma yuxarıda sadaladıqlarım hazırda mümkün deyil. Çünki...
Avtobusdan düşəndə nəzərimi ilk cəlb edən "Göyərçin" abidəsi oldu. Abidənin ətrafında park salınıb, günortanın isti saatları olmasına baxmayaraq burada Sumqayıt əhalisini, körpəsini gəzdirən anaları, gəncləri görmək mümkündür.
Bir qədər aşağıda isə dəniz görünür. Parkın yaxınlığından dənizə enmək istəyirdim ki, ərazinin girişi yasaqlayan plakatlarla əhatələndiyimi gördüm. Fikirləşdim ki, yəqin dənizə gedən yolu bağlayıblar, sahilə gedə bilməyəcəyəm. Məyus geri qayıtmaq istəyirdim ki, parkda təmizlik işləri aparan ortayaşlı bir qadın parkın içərisindən dənizə sarı enən pilləkənləri göstərib buradan düşə biləcəyimi söylədi.
Nəsimi adına Mədəniyyət və İstirahət Parkı adlanan parkın içərisi ilə getməyə başladım. Parkda gördüyüm dağıntı, səliqəsizlik, söküntü-tikinti işləri buranın görünüşünü acınacaqlı hala salmışdı. Sahilə çatanda buradakı mənzərənin daha da bərbad olduğunu gördüm.
Geri dönəndə ancaq bir təəssürat vardı: Sumqayıt dənizinin sahili gördüyüm bütün dənizqırağı məkanlardan ən bərbad halda olanı, çirkli və natəmizi idi...
Fərqanə Novruzova
Fotolar müəllifindir
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !