• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Dənizin dibində yeni "Atlantida" aşkarlandı - Arxeoloji tapıntı

Dənizin dibində yeni "Atlantida" aşkarlandı - Arxeoloji tapıntı
30.01.2014 19:32

İsveç alimləri Baltik dənizinin dibindən 11 min il əvvələ məxsus unikal artefaktlar tapıblar. 

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, arxeoloqlar daş dövrünə aid artefaktların 11 min il əvvəl yaşamış köçəri insanlara məxsus olduğunu güman edirlər. Jurnalistlərin "İsveç atlantidası" adlandırdıqları tapıntı burada ən qədim skandinav tayfalarından birinin yaşadığını deməyə əsas verə bilər. 

İsveç alimləri arxeoloji tapıntıları Baltik dənizinin Skonedəki sahillərində 16 metr dərinlikdə aşkar ediblər. Bəzi predmetlər o qədər yaxşı qalıb ki, alimlər əhalinin təbii kataklizmlər nəticəsində suyun altında qaldığı nəzəriyyəsini irəli sürüblər. Arxeoloqlar taxta fraqmentlər, çaxmaqdaşı , heyvan buynuzları və kəndirlər aşkar ediblər. Daha vacib tapıntılar isə heyvan sümüyündən hazırlanmış oyma qarpun və nəsli kəsilmiş heyvan növü olan turların qalıqlarıdır. Onların sonuncu nümayəndələrinin nəsli Polşada 1627-ci ildə kəsilib. 

"11 min il əvvəl burada tikililər olub. Əgər tapıntılar quru yerdə tapılsaydı, biz daşdan hazırlanmış əşyalar da tapardıq, onların heç biri orqanik olmayacaqdı", Arxeoloji ekspedisiyanın rəhbəri Baron Linson mətbuata açıqlamasında deyib. O həmçinin bildirib ki, burada heç vaxt daimi yaşayış olmayıb, köçərilər buradan müvəqqəti yaşayış yeri kimi istifadə ediblər. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
Dünya 23:15
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Dünya 22:36
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Hava şarı yandı -Ölən və yaralılar var
Dünya 22:11
Hava şarı yandı -Ölən və yaralılar var
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Dünya 22:05
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Dünya 22:01
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Dünya 21:54
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 21:38
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Dünya 20:56
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Dünya 20:44
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol