• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Deputat Əli Kərimli və digər partiya sədrlərinə səsləndi: Əliyev ətrafında birləşin/VİDEO

Deputat Əli Kərimli və digər partiya sədrlərinə səsləndi: Əliyev ətrafında birləşin/VİDEO
02.10.2023 11:38
Milli Məclisin deputatı Razi Nuruallayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini və digər partiya sədrlərini Prezident İlham Əliyevin ətrafında birləşməyə çağırıb. Bu barədə deputat Nurullayev çıxışında bildirib. 
 
"Prezident İlham Əliyev həqiqətən də qətiyyət və barışmazlıq nümunəsi, o cümlədən diplomatiya bacarığı göstərib. Bəs niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədi, xoş söz söyləmədi, üstəlik zəfərə kölgə salmağa çalışır. Axı İlham Əliyev Şah İsmayıl Xətai, Nadir şah Əfşardan sonra ilk rəhbərdir ki, torpaq itirmir, torpaq qazanır, dünyaya səs salır və az qala dünya ilə savaşıb qalib gəlir. Bu bizim hamımız üçün fəxr və başucalığı deyilmi? Dünyada bir ölkə göstərin ki, münaqişəni yüz faiz öz xeyrinə həll edə bilsin? Bu nümunəni də Prezident İlham Əliyev yaratdı. Bəs İlham Əliyev haqq etmir ki, onu təbrik edib xoş sözlər deyəsiniz? Axı o həyatını bu xalqa həsr etdiyini əməli və dünyanın haqsız tələbləri qarşısında mətanətli duruşu ilə sübut edib. Niyə qəlbinizdəki nifrəti silib ata bilmirsiniz? Məgər içinizdə qaynayan nifrətin ölkəmizə zərər verdiyini görmürsünüz?", - deputat oktyabrın 2-də Milli Məclisin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib. 
 
Deputat müxalifət partiya rəhbərlərinə səslənərək vurğulayıb ki, nə qədər gec deyil birlik olun və düşmən dəyirmanına su tölməyin. 

Millət vəkili təklif edib ki, ölkə başçısının bu cür addımı üçün Milli Məclis tərəfindən orden hazırlansın.
 
Azərbaycan müxalifətinin liderləri - Arif Hacılı, İsa Qəmbər, İlqar Məmmədov Qarabağdakı lokal hərbi əməliyyatı dəstəklədiklərini açıqlayıblar. Bu barədə onlar öz sosial hesablarında paylaşım edərək bildirib. 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə ölkə rəhbərliyini bu antiterror əməliyyatlardan yayınmağa çağırıb və bildirib ki, bu 3-cü Qarabağ savaşına yol aça bilər. 

Bundan əvvəl Milli Məclis deputattlarının sədr olduğu siyasi partiyalar bəyanat yayaraq lokal antiterror əməliyyatları dəstəklədiyini açıqlayıb. 
 
Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını elan edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol