Deputat nazirliyi tənqid etsə də, nazir deyilənləri təkzib etdi/VIDEO

12:06 | 14.06.2024
Deputat nazirliyi tənqid etsə də, nazir deyilənləri təkzib etdi/VIDEO

Deputat nazirliyi tənqid etsə də, nazir deyilənləri təkzib etdi/VIDEO

Bundan sonrakı mərhələdə 4600 şəhid və qazi ailəsi evlə təmin olunacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

"Ev növbəsi mərhələli şəkildə aparılır. İndiyə qədər 15 min bu kateqoriaydan olan şəxslərə ev verilir. Hazırda növbədə 4600 şəxs var. Kiminsə növbəsini pozaraq digərinə tez ev vermək doğru deyil. Növbəli şəkildə bu proses davam edəcək”, - nazir iyunun 14-də Milli Məclisdə deputatların suallarını cavablayarkən deyib. 

Parlamentin bu gün keçirilən iclasında deputat Razi Nurullayev bildirib ki, I Qarabağ Müharibəsindən olan şəhid ailələri var ki, hələ də ev ala bilməyiblər. 

Deputat həmçinin nazirliyə irad bildirərək söyləyib ki, nazirliyə göndərdiyi məktubların heç birinə cavab ala bilmir. 


Nazir Sahil Babayev deputata cavab olaraq bildirib ki,  deputat tərəfindən 2023-cü ildə 86 məktub daxil olub, hər birinə də cavab verilib.
 

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb