Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın

12:15 | 03.02.2025
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın

Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın

"Respublika Günü"nə qədər ölkədə amnisitiya aktının qəbul olunmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
 
"İndiyədək amnistiya aktı qəbul olunub. 70-dən çox əfv sərəncamı verilib. Ən böyük amnisitiya aktı birinci vitse prezident Mehriban Əliyeva deputat olduğu zaman icra olunub. Təxminən 5 min nəfər azadlığa çıxıb. Sonuncu isə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olub. Hesab edirəm Respublika Gününə qədər parlament belə bir təşəbbüs göstərib təqdim edə bilər. Hesab edirəm bu qərar bir çox insanı sevindirər. Qarabağ uğrunda döyüşən bəzi şəxslər var ki, sonrandan səhvlərinə görə həbsə düşüblər. Bu onlar üçün də yaxşı qərar olar", - deputat "Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı"na münasibət bildirərkən deyib.  
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti