Deputatlara «VİP» zaldan istifadə yasaqlanır

12:17 | 26.12.2013
Deputatlara «VİP» zaldan istifadə yasaqlanır

Deputatlara «VİP» zaldan istifadə yasaqlanır

Rusiya Dövlət Duması deputatların hava limanında rəsmi şəxslər və nümayəndələr üçün nəzərdə tutulmuş «VİP» zallardan yeni istifadə qaydasını təsdiqləyib.

ANN.Az-ın lent.az-a istinadən məlumatına görə, yeni qayda 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.  Onlar bu xidmətdən yalnız «ekonomklas»la uçarkən istifadə edə biləcək.

Məsələni şərh edən «İzvestiya» yazıb ki, əgər «biznes-klas»a yer yoxdursa, o zaman deputat «ekonomklas» üçün bilet alıb, xidmətə görə əlavə pul ödəyir. Bu pul isə sonradan ona Duma tərəfindən qaytarılır. 

Rusiyanın Maliyyə Nazirliyi qeyd edib ki, hər il deputatların «VİP» xidmətinə dövlət büdcəsindən yüz milyon rubl ödənir.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti