Dərmanların qiyməti necə tənzimlənəcək? - VİDEO

17:13 | 18.06.2015
Dərmanların qiyməti necə tənzimlənəcək? - VİDEO

Dərmanların qiyməti necə tənzimlənəcək? - VİDEO

Dərmanların qiymətinin tənzimlənməsi icbari tibbi sığortanın tətbiqini tezləşdirə bilər.

ANS TV-nin məlumatına görə, tibbi sığorta təminatının tərkib hissələrindən biri dərmanlardır. Yəni vətəndaşın tibbi sığortasına dərman vasitələri ilə təminat da daxildir. İndiki halda əczaçılıq məhsullarının qiymətləri həddən artıq fərqli olduğundan sığorta şirkətləri ödənişin hesablanması zamanı yalnışlıq baş verdiyini bildirir. Amma dərmanların qiyməti konkret bəlli olduqdan sonra bu, problem aradan qalxacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramovun fikrincə tənzimlənən qiymət olduqda sığorta şirkətəri də müştəridə əvvəlcəndən həm riskini, həm də sığorta haqqını çox rahatlıqla hesablaya bilir. Bu isə zərərləri riskləri qarşısının müəyyən qədər alınması deməkdir. 

Bu həm də vətəndaşla sığorta şirkəti arasında mübahisələrə son qoya bilər. Şirkətin hansısa apteklə əməkdaşlığı ehtimalı da aradan qalxır.

Amma dərmanların qiymətinin tənzimlənməsi icbari tibbi sığorta mexanizminin işləməsi üçün yeganə şərt deyil. Sığorta təminatına daxil olan digər amillərin, məsələn xəstəxanın göstərdiyi xidmətin dəyəri necə müəyyən olunacaq sualı açıq qalır. Hazırda tibbi sığortanı həyata keçirən şirkətlər yalnız konkret qiymətlər müəyyən edən özəl tibb müəssisələri ilə işləyir. 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti