DIM namizədlərə xəbərdarlıq etdi

14:57 | 10.03.2018
DIM namizədlərə xəbərdarlıq etdi

DIM namizədlərə xəbərdarlıq etdi

Martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən 11 və 26 yanvar tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. 

DİM-in mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla 12 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 95 müsahibədən 38-i baş tutmuş, 57 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 18-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

"Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər”, – deyə, DİM-dən bildirilib.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

//Report.Az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM