• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

DİN iddialara cavab verdi

DİN iddialara cavab verdi
29.05.2020 00:24
Daxili İşlər Nazirliyi son günlər bəzi mətbuat vasitələrində Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi arasında ciddi problemlərin olması, hətta bu iki dövlət qurumu əməkdaşlarının biri-birinə rəqib gözü ilə görməsi ilə bağlı iddialara cavab verib. Bununla bağlı APA-nın sorğusunu cavablandıran DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov deyilənlərin tamamilə əsassız və uydurma olduğunu bildirdi: “Bu kimlərinsə məqsədli şəkildə uydurduğu bir iddiadır. Hər iki dövlət qurumu qanunla müəyyən olunmuş funksiyaları yerinə yetirərək, birlikdə nəqliyyatın hərəkətinin tənzimlənməsini həyata keçirirlər. Bəli, etiraf etmək lazımdır ki, günün “pik saatları”nda paytaxtın bəzi küçə və prospektlərində avtomobil sıxlığı, tıxaclar müşahidə olunur. Lakin hamımızı narahat edən bu məsələnin guya iki dövlət qurumu arasındakı problemlə bağlı olmasını iddia etmək bütünlükdə məntiqsiz və qərəzli bir yanaşmadır. Əksinə, bu iki dövlət qurumunun əməkdaşları, üzərilərinə düşən xidməti vəzifələrini sıx əməkdaşlıq formasında yerinə yetirirlər. Bəlkə də onların belə əməkdaşlığı, birgə işgüzar münasibətləri kimlərinsə maraqlarına uyğun olmadığı üçün özlərindən qondarma “problem”lər uydurub KİV-lərə ötürürlər”.

E. Zahidov vətəndaşları, xüsusən də sürücüləri belə uydurma dedi-qodulara fikir verməməyə, yol-hərəkəti qaydalarına daha da ciddi riayət etməyə çağırıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı açıqlanıb
Cəmiyyət 10:12
Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı açıqlanıb
Çaylarda sululuq artıb
Cəmiyyət 09:39
Çaylarda sululuq artıb
Yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:41
Yollarda tıxac var - Siyahı
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:47
Sabah bu ərazilərdə qaz olmayacaq
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Cəmiyyət 21:27
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Cəmiyyət 21:24
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Cəmiyyət 20:30
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:36
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 18:13
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol