Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə APA prezidentin rəsmi saytına istinadən məlumat verib.Sərəncama əsasən, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Mədəniyyətin İnkişafı Fonduna 3 mln. manat vəsait ayrılıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !