ÜDM altı ay ərzində 3,1% artıb

13:27 | 01.08.2023
ÜDM altı ay ərzində 3,1% artıb

ÜDM altı ay ərzində 3,1% artıb

2023-cü ilin altı ayında qeyri-neft/qaz sektorunda ÜDM-nin həcmi 36 153 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% artım deməkdir. Bu barədə Maliyyə Nazirliyinin "2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə qeyd olunub. 
 
Qeyri-neft/qaz ÜDM-in sektorlar üzrə bölgüsünə əsasən, nəqliyyat və anbar təsərrüfatı istisna olmaqla, ticarət, kənd təsərüfatı, qeyri-neft/qaz sənayesi, informasiya və rabitə, tikinti, turizm, həmçinin sosial və digər xidmətlərdə artım qeydə alınıb. Neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,1% azalıb", - məlumatda vurğulanıb. 
 
Nazirliyin açıqlamasında qeyd olunub ki, altı ay ərzində qaz hasilatı üzrə artıb 3,25 artıb, neft hasilatı üzrə isə 7,7% azalma var. 
 
ÜDM 2023-cü ildə 2,7% artacağı proqnozlaşdırıb. 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 5,6% artb. 

2021-ci ildə inflyasiya 6,7% təşkil edib. 2022-ci ilin sonuna isə inflyasiya 6,9% həcmində pronozlaşdırılıb. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti