Latın Amerikasının çempionluq ümidi və günəşi Braziliyada batdıFİFA 2014-cü il dünya çempionatının final qarşılaşması başa çatdı. ANS PRESS-in xəbərinə görə, Argentina yığması ilə Almaniya millisi arasında baş tutmuş həlledici qarşılaşmanın qalibi almanlar oldu.Qarşılaşmanın 90 dəqiqəlik bölümü 0-0 hesabla bərabərə başa çatsa da 113-cü dəqiqədə Mario Qötzenin rəqib qapısından keçirdiyi qol Almaniyaya Dünya Çempionu adını qazandırdı.Qeyd edək ki, almanlar yarımfinalda braziliya yığmasını biabırçı hesabla məğlub edərək finala vəsiqə qazanmışdı. Bu gün isə Almaniya millisi daha bir Latın Amerikası ölkəsi olan Argentinanı məğlub edərək Dünya Çempionu kubokunu 4-cü dəfə əldə etdi.Xatırladaq ki, bundan 28 il əvvəl Argentina və Almaniya yığmaları qarşılaşmış, həmin vaxt Dünya Çempionu kubokunu birincilər qazanmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !