Dünya küçə incəsənəti xəritəsi yaradıldı

21:39 | 12.06.2014
Dünya küçə incəsənəti xəritəsi yaradıldı

Dünya küçə incəsənəti xəritəsi yaradıldı

"Google" şirkəti küçə incəsənətinə həsr olunan "Google Art" layihəsini istifadəyə verib. Servisin xəritəsində küçə incəsənətinin məşhur yerləri qeyd olunub. İşarələməklə təsvirlərin fotoşəkillərini, divar üzərindəki şəkilləri və instalyasiyaları görmək mümkündür.

Ümumilikdə saytın layihəsində küçə incəsənətinin "Google’s Street View" kamerası ilə çəkilən və ya muzey və qalereyalar tərəfindən təqdim olunan beş mindən çox əsərinin fotoşəkli toplanıb. Həmçinin saytda 25 təsvirin müxtəlif kateqoriyalar – müəlliflər, şəhər, istiqamət üzrə təsvirlərinə və binaların küçə rəssamları tərəfindən çəkilən panoramına baxmaq olar.  

Layihədə küçə incəsənətinin ənənəvi mərkəzlərinin əsərləri ilə yanaşı, ekzotik ölkələrin küçə incəsənəti təqdim olunub. Saytda artıq mövcud olmayan şəkilləri - məsələn, Nyu-Yorkda "Sendi" qasırğasından sonra məhv edilən təsvirlər də görmək mümkündür. İstifadəçilər  "#streetartproject" heşteqi ilə fotoşəkillər yerləşdirməklə layihədə iştirak edə bilərlər, - "theRunet www.therunet.com" yazır. 

İCT

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür