“Dollar kəskin bahalaşacaq” - Ekspert

20:45 | 18.06.2015
“Dollar kəskin bahalaşacaq” - Ekspert

“Dollar kəskin bahalaşacaq” - Ekspert

"Dünən bütün dünyanın gözü ABŞ-da FED-in (Federal Ehtiyat Sistemi) toplantısında idi”.
 
Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O bildirib ki, FED-in uçot dərəcəsini iyun ayında artırmayacağı əvvəlcədən bəlli idi:
 
"FED-in 17 üzvündən15-i uçot dərəcəsinin, faizlərin bu il artacağını söyləsə də, rəhbər xanım Yellen 0,25 faiz artım kimi bir qaydanın olmadığını bildirdi. Bu o deməkdir ki, faizlər 0,15 olmaqla bu il 2 dəfə arta bilər. Eyni zamanda ABŞ-ın ÜDM-dəki artımının bu il zəifləyəcəyini, gözləntidən də az olacağını qeyd etdilər. Toplantıda dünyada yanacaq qiymətlərinin enməsinin müsbət tərəflərinə də toxunuldu. Alınmış qərarlar və bunun dünyaya ola biləcək mümkün təsirləri bunlardır:
 
1) Sentyabrda uçot dərəcəsi, faiz artsa, dollar kəskin bahalaşacaq.
 
2) Baha dollar bərabərdir ucuz neft və qızıl formulu işə düşəcək.
 
3) Baha dollar inkişaf etməkdə olan ölkələrdən yatırımların yenidən ABŞ-a dönməsini saxlayacaq, bu da dünyada qlobal iqtisadi artımı zəiflədəcək, yəni neftə olan təlabat azalacaq”.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM