Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirliyin nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev bu gün kollektivə təqdim edilib.
Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə "Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə "Qodonun intizarında” və "Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !