Düşmənlə cəbhə boyu təmas xətti necə mühafizə olunur? - RƏYLƏR

16:25 | 23.01.2014
Düşmənlə cəbhə boyu təmas xətti necə mühafizə olunur? - RƏYLƏR

Düşmənlə cəbhə boyu təmas xətti necə mühafizə olunur? - RƏYLƏR

Ermənilər sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində 98 dəfə atəşkəs rejimini pozub. Bu kimi xəbərlərə tez-tez rast gələ bilərik. Sadəcə rəqəm fərqli ola bilər; 40, 50, 60. Ümumiyyətlə, cəbhə xəttində son illər gərginlik səngimək bilmir, atəşkəs elan olunandan təmas xəttində sakitçilik hökm sürmür. Həmçinin, son vaxtlar tez-tez hər iki tərəfin kəşfiyyat-diversiya əməliyyatları haqqında məlumatlar mətbuatın gündəminə çıxır. Azərbaycan Müdafiə Nazirliyinin sonuncu rəsmi məlumatlarından birində deyilir: "Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar".

Ermənilərin işğal altında saxladığı torpaqlarda cəbhə boyu yaşayış məntəqələri yoxdur. Amma bunun əksinə olaraq, Azərbaycan tərəfində bütün cəbhə boyu yaşayış var, kəndlərdə həyat davam edir. Bundan başqa, dəfələrlə müxtəlif şəxslərin, xüsusilə də çobanların dumana düşüb erməni tərəfə keçdiyinin şahidi də olmuşuq. Bəs cəbhə boyu zolaq necə təşkil olunur? Necə olur ki, erməni kəşfiyyatçıları həmin zolağı sərbəst keçib hər hansı Azərbaycan kəndinə rahat şəkildə gələ bilirlər? Düşmənlə cəbhə boyu təmas xətti necə mühafizə olunur? Boşluqlar nə dərəcədə təhlükəlidir?ANN.Az-a açıqlamasında hərbi ekspert Rahib Qərib cəbhədə atəşkəs pozuntusunun, mövqe döyüşlərinin kiçik komandirlərin fərdi təşəbbüskar qərarları ilə baş vermədiyini deyib.R.Qərib vurğulayıb ki, düşmən hücumlarının çoxalması son vaxtlar ölkəmizin daha qəti qərar ortaya qoymasından sonra artıb: "Cəbhədəki real vəziyyəti burda döyüş postunda dayanaraq müəyyən olunmuş müdafiə xəttinə cavabdeh olanlardan başqa heç kim dəqiq, dürüst dəyərləndirə bilməz. Yəni "Cəbhədə nə baş verir?" sualının bir konkret cavabı var: "İşğalçı düşmənlə mövqe savaşı gedir". Mövqe savaşı isə üstünlüyü ələ almaq üçün düşmənin atəşkəsi pozması ilə yanaşı, təxribat, diversiya əməliyyatları ilə də müşayiət olunur. Ermənilər bu təxribatlara, adətən, digər təsirlərin, daha doğrusu, məlum himayədarlarının diktəsi altında əl atır. Bu da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək yolunda beynəlxalq arenada atdığı əhəmiyyətli addımlardan fikri yayındırmaq məqsədi daşıyır. Yəni cəbhədə heç bir atəşkəs pozuntusu, mövqe döyüşləri kiçik komandirlərin fərdi təşəbbüskar qərarları ilə baş vermir. Bu son vaxtlar ölkəmizin daha qəti qərar ortaya qoymasından sonra daha da artıb".Ekspert hərbi hissələrdə ən çox olan jurnalist kimi, bütün təxribatların qarşısının peşəkarlıqla alındığına diqqət çəkib: "Təbii ki, ermənilərin cəbhədəki qüvvələrimizə, əsasən də ölkəmizə təzyiq göstərmək cəhdləri qabaqlayıcı tədbirlərlə cavablandırılır. Bu haqda bəzən cəmiyyətə sızdırılan informasiya da məqsədli xarakter daşıyır. Belə olmasaydı ermənilər təkcə mənim məlumatım olan və heç də ictimailəşməyən digər təxribatlarının sonunda verdikləri itkilər və məğlubiyyətləri haqda da məlumat yayardılar. Birmənalı olaraq, Ermənistan mətbuatının cəbhədə vəziyyətin gərginləşməsi haqda yaydığı məlumatlar ya tutarlı cavab alaraq döyüş əməliyyatlarının yenidən başlamasından qorxuya düşməsindən xəbər verir, ya özlərini təmizə çıxarmağa, ya da fikri əsas məsələlərin gedişindən yayındırmağa hesablanır. Mən ardıcıl cəbhədə olan jurnalist kimi əminəm ki, Ermənistan bölmələri işğal etdikləri ərazilərimizdə strateji yüksəkliklərdə olsalar da, müdafiədə olan qüvvələrimizin döyüş əzmi, hazırlığı ilə müqayisədə çox aşağıda, geridədirlər”Qarabağ qazisi Samir Dadaşzadə ANN.Az-a açıqlamasında baş verənləri normal hal kimi dəyərləndirib. Onun fikrincə, çünki kəşfiyyatçılar öz vəzifəsini icra edirlər.S.Dadaşzadə bildirib ki, kəşfiyyatçının işi boşluqlardan istifadə etməkdir: “Kəşfiyyatçıların vəzifəsi düşmən arxasına keçib məlumat toplamaqdan ibarətdi. Sərhəd, əlbəttə ki, yaxşı qorunur. Amma elə bir ölkə olmaz ki, onun sərhədi tam şəkildə qorunsun, hər bir metrdən əsgər postu qoymaq qeyri-mümkündür. Kəşfiyyatçı da bu boşluqları taparaq düşmən arxasına keçməyi bacarmalıdır və elə də edir”.O, qeyd edib ki, buna baxmayaraq, bütün hallar ciddi araşdırılmalıdır: “Təhlükə, əlbəttə ki, böyükdür. Diversiya aktlari, hərbi hissələrin yüksək rütbəli zabitlərinin əsir alınması ola bilər. Yaxud bizim əsgərlərin səhlənkarlığından irəli gələ bilər. Bu hallar çox ciddi araşdırılmalıdı".Seymur ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti