Dünya çempionatında bu gün bu oyunlar olacaq

10:13 | 05.12.2022
Dünya çempionatında bu gün bu oyunlar olacaq

Dünya çempionatında bu gün bu oyunlar olacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu baş tutacaq.

Günün ilk matçında Bakı vaxtı ilə saat 19:00-da Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək.

Günün son qarşılaşmasında isə Bakı vaxtı ilə saat 23:00-da Braziliya yığması Cənubi Koreya kollektivi ilə qarşılaşacaq.

Bu cütlərin qalibləri 1/4 finalda bir-birinə rəqib olacaqlar.

Daha əvvəl Niderland və Argentina, həmçinin Fransa və İngiltərə yığmaları 1/4 finalda bir-birlərinə rəqib olublar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM