Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb

14:32 | 09.03.2022
Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb

Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb

Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib. Bu barədə Dopinqsiz İdman İnstitutunun rəsmi saytı məlumat yayıb.

 2021-ci il Polşadakı dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb.

Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildir. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.

Tando Dlodlo mundialda 4x100 m estafet yarışında qızıl medal əldə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM