Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (DİF) keçiriləcək. Forumda 100-dən çox ölkənin nümayəndələri, o cümlədən 50-dən çox dövlət və hökumət başçıları dünyanın üzləşdiyi ərzaq, enerji və digər böhranların həlli yollarını müzakirə edəcək.
Davos forumu 53-cü illik toplantısında "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda birləşir. Rusiya bu forumda iştirak etməkdən imtina edib.
DİF-in icraçı sədri Klaus Şvab forumdan əvvəl keçirilən mətbuat konfransında dövlətləri və hökumət nümayəndələrini dünyada baş verən siyasi,iqtisadi və sosial vəziyyətləri aradan qaldırmaq üçün əməkdaşlığa çağırıb.
Ümumilikdə Davosa 2,7 mindən çox iştirakçının gələcəyi gözlənilir. Bu il forum üçün elan edilən 52 dövlət və hökumət başçısından 30-u Avropa ölkələrindən gələcək.
DİF-in açıqladığı dəvətlilərin siyahısına əsasən, Davosda prezidentlər səviyyəsində, o cümlədən Azərbaycan, Konqo Demokratik Respublikası, Moldova, Koreya Respublikası, Tanzaniya, Filippin, İsveçrə və Cənubi Afrika Respublikası, hökumət başçıları səviyyəsində - Belçika, Yunanıstan, İrlandiya, İspaniya, Hollandiya, Tunis və Finlandiya. Çin Baş nazirinin müavini Liu He Pekindən gələcək. ABŞ nümayəndə heyətinə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri başçılıq edir. Forumda BMT-nin Baş katibi Antonio Quterreş çıxış edəcək və BVF, ÜTT, Ümumdünya Səhiyyə Təşkilatı, BQXK, NATO və bir sıra digər strukturların rəhbərləri də açıqlanıb. Davosda 1500-dən çox biznes nümayəndəsi, o cümlədən maliyyə xidmətləri, enerji, maddi istehsal və infrastruktur, informasiya və kommunikasiya texnologiyaları kimi sektorlardan 600-dən çox şirkət rəhbərləri də gözləyir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !