Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı

20:27 | 29.06.2016
Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı

Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı

Dünyanın nüfuzlu xəbər agentlikləri, o cümlədən NBC Right Now, FOX TV, Herald News, New York Business Journals, Daily Times, Daily News, The Sun, Yahoo News Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 9 iyun tarixli Fərmanı ilə qəbul edilən "ASAN xidmət indeksi” barədə geniş məlumat dərc ediblər. Məqalənin hədəflədiyi oxucu sayı isə 90 milyondan çoxdur. 

Məqalədə qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi keyfiyyətinin obyektiv meyarlar əsasında qiymətləndirilməsi onların keyfiyyətinin artırılması və inkişafı üçün vacib mexanizmlərdən biri hesab edilir. Bu ayın əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edəcək "ASAN xidmət indeksi”nin yaranması ilə bağlı Fərman imzalayıb. Bu indeks "ASAN xidmət” standartları əsasında hazırlanıb. Qeyd edək ki, "ASAN xidmət” Azərbaycanın brendi olaraq tanınan və  vahid məkan prinsipi əsasında dövlət xidmətlərini göstərən xidmət mərkəzləridir. 

"ASAN xidmət” fəaliyyətə başladığı gündən vətəndaşın məmnunluq əmsalı daima yüksək səviyyədə qalır və xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir. Həmçinin "ASAN xidmət” dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Məqalədə bildirilir ki, "ASAN xidmət indeksi”ni təşkil edən parametrlərə xidmət barədə məlumatlandırma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçirilməsi, şikayət və nəzarət mexanizmləri, vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir. "ASAN xidmət indeksi”nin əhəmiyyətini başa düşmək üçün, qiymətləndirmə indikatorlardan bəziləri barədə izah vermək vacibdir. 
 
Dövlət xidmətləri üçün müxtəlif müraciət imkanlarının çoxluğunun vətəndaşların rahatlığını təmin etdiyi, bununla da xidmət göstərənlər arasında rəqabətin yarandığı və bunun da onları ən yaxşı standartlara cavab verməyə təşviq etdiyi məqalədə qeyd olunur.  

Həmçinin vurğulanır ki, inkişaf etməkdə olan dövlətlərdə olan problemlərdən biri də odur ki, xidməti həyata keçirənlərin informasiya sistemləri elektron deyil, elektron olduğu halda isə onların elektron sistemi digər dövlət orqanlarının informasiya sistemi ilə inteqrasiya olunmayıb. Bu qiymətləndirmə meyarı dövlət orqanlarını vahid elektron çərçivədə kağız əsaslı xidmətdən elektron xidmətə tam keçidə sövq edəcəkdir. "ASAN xidmət indeksi” həmçinin dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidməti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində göstərə bilməsi imkanını qiymətləndirəcək. Bu çox vacib elementdir ki,  vətəndaşlar və sahibkarlar dövlət xidmətləri üçün uzun müddət gözləmək istəmirlər, çünki vaxt müştəri perspektivindən pul deməkdir. 

"ASAN xidmət indeksi” qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcəkdir. 

Sonda qeyd olunur ki, "ASAN xidmət indeksi” obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, hansı ki, dövlət xidmətlərinin göstərilməsinə innovasiyalar gətirəcək və vətəndaşların həyatına, biznes mühitinə müsbət formada təsir edəcəkdir. 
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM