Dünya səhiyyəsinə nümunə olacaq həkimlərimiz var - Vüqar Qurbanov

12:00 | 27.04.2024
Dünya səhiyyəsinə nümunə olacaq həkimlərimiz var - Vüqar Qurbanov

Dünya səhiyyəsinə nümunə olacaq həkimlərimiz var - Vüqar Qurbanov

Bizim kifayət qədər çox savadlı və dünya səhiyyəsinə nümunə olacaq həkimlərimiz var.Bu sözləri "Baku TV”yə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.

Müsahibədə bir sıra məsələlərə toxunun icraçı direktor bildirib ki, bütün tibb müəssisələrində təcili yardım şöbələri yaradılıb: "Hətta bölgə xəstəxanalarında belə ürək mərkəzlərimiz fəaliyyətə başlayıb. Qısa zaman çərçivəsində bu, Azərbaycan səhiyyəsi üçün böyük uğurdur. Məqsədimiz odur ki, vətəndaşlar yaşadığı əraziyə yaxın olan bölgələrdə tibbi xidməti ən yüksək səviyyədə ala bilsinlər”.

O əlavə edib ki, xəstəxanalarda dərman təminatı, qidalanma və s. ilə bağlı bir çox problemlər həllini tapıb. Vuqar Qurbanovun sözlərinə görə, tibbi xidmətin keyfiyyətini yüksəltmək və tibb müəssisələrini elektronlaşdırmaq, müasirləşdirmək əsas prioritetlərdən biridir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti